Press "Enter" to skip to content

Azərbaycan avarçəkənləri daha bir qızıl medal qazanıb

Azərbaycan avarçəkənləri daha bir qızıl medal qazanıb

BAYRAQDAR MEDİA – Slovakiyada yeniyetmə və gənclər arasında kayak, kanoe üzrə 38-ci beynəlxalq “Bratislava Reqatası” turniri keçirilir.

Bu haqda xəbər BAYRAQDAR MEDİA-ya Gənclər və İdman Nazirliyinin (GİN) mətbuat xidmətindən daxil olub.

Xəbərdə deyilir ki, “20-dən çox ölkənin mübarizə apardığı turnirdə Azərbaycan komandası uğurlu çıxışını davam etdirir. Ötən gün 1 nəfərlik kanoe qayığında 200 metr məsafəyə yürüşdə qızıl medala layiq görülən Tatyana Smilovenko ikinci dəfə fəxri kürsünün ən yüksək pilləsinə qalxıb. O, bu dəfə 500 metr məsafədə bütün rəqiblərini geridə qoyub”.

Xatırladaq ki, yarışların ilk günündə kayak qayığında 200 metr məsafədə mübarizə aparan Əlimurad Hacızadə ikinci yer tutub.

İlk şərhi yaza bilərsiniz

Lütfən, buyurub bir şərh yaza bilərsiniz

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Mission News Theme by Compete Themes.