Press "Enter" to skip to content

Azərbaycan sumoçularının Avropa Çempionatında uğuru

Azərbaycan sumoçularının Avropa Çempionatında uğuru

BAYRAQDAR MEDİA – Macarıstanın Sigetsenmikloş şəhərində keçirilən Sumo üzrə Avropa çempionatına yekun vurulub.

Bu haqda xəbər BAYRAQDAR MEDİA-ya Gənclər və İdman Nazirliyinin (GİN) mətbuat xidmətindən daxil olub.

Xəbərdə qeyd olunur ki, “yarışın son günündə 4 çəki dərəcəsində Azərbaycan təmsilçiləri dohyoya çıxıblar. Onlardan böyüklər kateqoriyasında mübarizə aparan Çingiz Səmədov bürünc medal əldə edib. 100 kiloqram çəki dərəcəsində qüvvəsini sınayan idmançı ötən il Yunanıstanın Lutraki şəhərində keçirilmiş qitə birinciliyində gümüş medal qazanmışdı”.

Qeyd edək ki, 23–25 may tarixlərini əhatə edən Avropa çempionatında Yapon Döyüş növləri və Mədəniyyəti Assosiasiyasının rəhbərliyi altında Azərbaycanı 4 sumoçu təmsil edib. U21, U23 və böyüklər kateqoriyaları üzrə təşkil edilən qitə birinciliyində daha əvvəl U23 kateqoriyasında döyüşən Rəsul Məmmədzadə fəxri kürsünün ikinci pilləsinə yüksəlib.

İlk şərhi yaza bilərsiniz

Lütfən, buyurub bir şərh yaza bilərsiniz

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Mission News Theme by Compete Themes.