Press "Enter" to skip to content

Azərbaycan oğlan millisi Bursada təlim-məşq toplanışında

Azərbaycan oğlan millisi Bursada təlim-məşq toplanışında

BAYRAQDAR MEDİA – Mayın 25-də U-16 Azərbaycan oğlan millisi Türkiyənin Bursa şəhərində təlim-məşq toplanışının ilk mərhələsinə başlayıb.

Bu haqda xəbər BAYRAQDAR MEDİA-ya Gənclər və İdman Nazirliyinin (GİN) mətbuat xidmətindən daxil olub.

Xəbərdə qeyd olunur ki, “Azərbaycan millisi təlim-məşq toplanışı çərçivəsində yerli Tofaş (U-16) klubu ilə hazırlıq oyununda öz gücünü sınaqdan keçirib. Hazırlıq oyununda Erhan Tokerin rəhbərlik ediyi Azərbaycan millisi rəqibinə 44-71 hesabı ilə məğlub olub. Hazırlıq prosesində əsas məqsəd 5-13 iyul Albaniyanın paytaxtı Tirana şəhərində keçiriləcək Avropa çempionatı “C” divizionunun oyunlarına hazırlaşmaqdır”.

Qeyd edək ki, təlim-məşq toplanışının ilk mərhələsi 29 mayda yekunlaşacaq.

İlk şərhi yaza bilərsiniz

Lütfən, buyurub bir şərh yaza bilərsiniz

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Mission News Theme by Compete Themes.