BAYRAQDAR MEDİA – Stolüstü tennisçilər növbəti beynəlxalq yarışda iştirak edəcəklər.
Bu haqda xəbər BAYRAQDAR MEDİA-ya Gənclər və İdman Nazirliyinin (GİN) mətbuat xidmətindən daxil olub.
Xəbərdə bildirilir ki, “seçmə komanda bu məqsədlə Özbəkistanın paytaxtı Daşkəndə yola düşüb. Aylin Əsgərova, Mərziyyə Nurmətova, Yağmur Məmmədli, Adil Əhmədzadə, Rüstəm Hacılı və Onur Quluzadə məşqçilər Elnur Hidayətzadə və Ramil Cəfərovun rəhbərliyi ilə “WTT Youth Contender” turnirində bacarığını göstərəcək”.
Mayın 28-də başlayacaq yarışa mayın 31-də yekun vurulacaq.
İlk şərhi yaza bilərsiniz