BAYRAQDAR MEDİA – Mayın 26-da gənclər və idman naziri Fərid Qayıbov Azərbaycan Tələbə Gənclər Təşkilatları İttifaqı (ATGTİ) və Tələbə Gənclər Təşkilatının (TGT) nümayəndələri ilə görüşüb.
Bu haqda xəbər BAYRAQDAR MEDİA-ya Gənclər və İdman Nazirliyinin (GİN) mətbuat xidmətindən daxil olub.
Xəbərdə bildirilir ki, “2025-ci ilin “Gənclər Paytaxtı” Sumqayıt şəhərində keçirilən görüşdə Azərbaycanın 17 şəhər və rayonundan 48 ali və orta ixtisas təhsil müəssisəsini təmsil edən 100-dən çox TGT sədri və sədr müavini iştirak edib. Görüş zamanı GİN-in dəstəyi ilə ATGTİ-nin tələbələri üçün həyata keçirdiyi fəaliyyətlər, TGT-lərin irəli sürdüyü təklif və təşəbbüslər, nazirliyin gənclər üçün layihələri və yeni planları barədə danışılıb, eləcə də tələbələrin idman tədbirlərinə cəlb olunması ilə bağlı təqdimat nümayiş olunub”.
Tədbirdə nazir müavini İndira Hacıyeva və ATGTİ-nin sədri Rəşad Zeynalov da iştirak ediblər.
Qeyd edək ki, görüşlər tələbələrin təşəbbüslərinin dəstəklənməsi, qərarvermə prosesində iştirakı, onların dövlət gənclər siyasətinə töhfə verməsinə şərait yaradılması məqsədilə keçirilir.
İlk şərhi yaza bilərsiniz