BAYRAQDAR MEDİA – 31 may- 1 iyun tarixlərində I Mingəçevir Kitab Sərgisi təşkil edilir. Sərgi “Azərbaycan Nəşriyyatlar Assosiasiyası” İctimai Birliyinin, (ANAİB) Mingəçevir Şəhər Bələdiyyəsinin və Mingəçevir Şəhər İcra Hakimiyyətinin birgə təşkilatçılığı ilə reallaşacaq.
Bu barədə ANAİB-in məlumatında qeyd edilib.
Bildirilib ki, “sərgi 1 İyun Uşaqların Beynəlxalq Müdafiəsi Gününə həsr olunacaq. Bayram əhvali-ruhiyyəli keçiriləcək sərgidə minlərlə kitab 90 faizədək endirimlə təklif olunacaq. Həmçinin, tanınmış yazıçıların, şairlərin təqdimat və imza mərasimləri, məşhurlarla görüşlər, şeir saatları təşkil ediləcək”.
İlk şərhi yaza bilərsiniz