Press "Enter" to skip to content

Uşaqlar üçün estafet yarışları

Uşaqlar üçün estafet yarışları

BAYRAQDAR MEDİA – Milli Gimnastika Arenasında 1 İyun – Uşaqların Beynəlxalq Müdafiəsi Gününə həsr olunan “İdman gimnastikadan başlayır” estafet yarışları keçirilib.

Bu haqda xəbər BAYRAQDAR MEDİA-ya Gənclər və İdman Nazirliyinin (GİN) mətbuat xidmətindən daxil olub.

Xəbərdə bildirilir ki, “bayram ovqatında keçirilən tədbir uşaqlara unudulmaz anlar yaşatmaq və onların sağlam, aktiv həyat tərzinə marağını artırmaq məqsədi daşıyıb. Yarışda Azərbaycanın 3 fərqli uşaq evindən gələn ümumilikdə 30 nəfər uşaq iştirak edib. Onlar “Şahinlər”, “Birlik” və “Super balacalar” komandaları adı altında bir araya gələrək 5 fərqli oyun növündə öz çevikliklərini və komanda ruhlarını nümayiş etdiriblər”.

Sonra xəbərdə, “əyləncəli atmosferdə keçən estafet yarışı uşaqlara maraqlı təcrübə qazandırıb. Müsabiqə boyu uşaqların şövqü və enerjisi tədbirə xüsusi ab-hava qatıb. Ən önəmlisi isə odur ki, hər bir uşaq diqqət mərkəzində olub, onların sevinc dolu təbəssümləri bu günün əsas qazancı sayılıb. Tədbirin ən sevilən qonağı isə Azərbaycan Gimnastika Federasiyasının rəsmi maskotu Tilli olub. O, uşaqlarla birgə əylənib, onların oyunlarına qoşulub və bayram coşqusunu daha da artırıb” deyə qeyd edilir.

Yarışın sonunda bütün uşaqlar mükafatlandırılıb, qalib komanda isə kubok və Smarton tərəfindən xüsusi hədiyyələrlə təltif olunub.

İlk şərhi yaza bilərsiniz

Lütfən, buyurub bir şərh yaza bilərsiniz

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Mission News Theme by Compete Themes.