Press "Enter" to skip to content

AFFA Gənclər Liqasının qalibləri mükafatlandırılıb

AFFA Gənclər Liqasının qalibləri mükafatlandırılıb

BAYRAQDAR MEDİA – “ASK Arena”da təşkil edilən tədbirdən əvvəl keçirilən son turun oyununda “Qəbələ” “Sabah”ı 5:1 hesabı ilə məğlub edib. Ardından mükafatlandırma mərasimi keçirilib.

Bu haqda xəbər BAYRAQDAR MEDİA-ya Azərbaycan Futbol Federasiyaları Assosiasiyasından (AFFA) daxil olub.

Xəbərdə bildirilir ki, “çempionatda 3-cü yeri tutan “Qarabağ” bürünc, 2-ci pillənin sahibi “Qəbələ” gümüş medallarla təltif olunub. Çempion “Sabah”a isə qızıl medallar və kubok təqdim edilib. Həmçinin fərdi nominasiyalar üzrə qaliblər bəlli olub. Son turda “poker”ə imza ataraq ümumi qol sayını 45-ə çatdıran və bombardirlər yarışında birinci pilləyə yüksələn “Qəbələ”nin futbolçusu Rəvan Əsədov ən məhsuldar oyunçuya verilən mükafatın sahibi olub. İştirakçı komandalar arasında keçirilmiş sorğuya və 19 yaşadək futbolçulardan ibarət Azərbaycan millisinin baş məşqçisi Elxan Abdullayevin rəyinə əsasən, mövsümün ən yaxşı oyunçusu isə “Qarabağ”ın üzvü Hikmət Cəbrayılzadə seçilib”.

Mükafatlandırma mərasimində AFFA Məşqçilər Komitəsinin sədri Vaqif Sadıqov və AFFA-nın Yarışların Təşkili Departamentinin rəhbəri Emin Cəfərov iştirak ediblər.

İlk şərhi yaza bilərsiniz

Lütfən, buyurub bir şərh yaza bilərsiniz

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Mission News Theme by Compete Themes.