BAYRAQDAR MEDİA – İstanbulda keçirilən Məktəb İdmanları 3×3 Basketbol Ulduzlar Türkiyə Birinciliyində Samsunun Canik Uludağ Orta Məktəbinin qız komandası Türkiyə çempionu olaraq böyük uğura imza atıb.
Bu barədə samsungazetesi.com saytı məlumat yayıb.
Məlumata görə, ümumilikdə 24 komandanın iştirak etdiyi turnirdə Samsun təmsilçisi finalda Manisa Ahmetli Qazi Orta Məktəbini məğlub edərək çempionluq kubokunu qazanıb: “Böyük həyəcanla keçən final matçında təsirli oyun göstərən Canik komandası Samsuna böyük sevinc yaşadıb”.
İlk şərhi yaza bilərsiniz