Press "Enter" to skip to content

Azərbaycanın qadın cüdoçuları Avstriyada beynəlxalq təlim-məşq toplanışında

BAYRAQDAR MEDİA – Bütün yaş qruplarından olan Azərbaycanın qadın cüdoçuları Avstriyanın Qrats şəhərində beynəlxalq təlim-məşq toplanışına qatılıblar.

Bu haqda xəbər BAYRAQDAR MEDİA-ya Gənclər və İdman Nazirliyinin (GİN) mətbuat xidmətindən daxil olub.

Xəbərdə qeyd edilir ki, “Avropa Cüdo Birliyinin təşkilatçılığı ilə keçirilmiş təlim düşərgəsi 2–4 iyun tarixlərində olub. Toplanışa qadınlardan ibarət yığmanın baş məşqçisi Amina Abdellatif, böyük məşqçi Saşa Herkenrat-Vimar, yeniyetmə qızlardan ibarət milli komandanın baş məşqçisi Elnur İsmayılov və məşqçi Əmrah Əhmədov rəhbərlik ediblər. Təlim-məşq düşərgəsi qarşıdakı beynəlxalq yarışlara hazırlıq məqsədi daşıyıb”.

Bildirək ki, Macarıstanın paytaxtı Budapeştdə keçiriləcək böyüklər arasında dünya çempionatında mübarizə aparacaq Azərbaycanın qadın cüdoçuları hazırlığın növbətini mərhələsini Bakıda, gənc və yeniyetmə qızlar isə Avstriyanın Leybnits şəhərində davam etdirəcək.

İlk şərhi yaza bilərsiniz

Lütfən, buyurub bir şərh yaza bilərsiniz

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Mission News Theme by Compete Themes.