Press "Enter" to skip to content

Azərbaycan millisi Batumidə reytinq turnirinə hazırlaşır

Azərbaycan millisi Batumidə reytinq turnirinə hazırlaşır

BAYRAQDAR MEDİA – Sərbəst güləş üzrə milli komanda növbəti təlim-məşq toplanışına başlayıb.

Bu haqda xəbər BAYRAQDAR MEDİA-ya Azərbaycan Güləş Federasiyasından daxil olub.

Xəbərdə deyilir ki, “Quba toplanışını başa vurduqdan sonra bir neçə günlük istirahətə yollanan Azərbaycan yığması iyunun 8-də Gürcüstanın Batumi şəhərinə yollanıb. Azərbaycan millisi iyunun 21-dək Gürcüstan, Avstriya, Norveç və Ukrayna komandaları ilə birgə toplanış keçəcək. Baş məşqçi Xetaq Qazyumov, böyük məşqçi Cəbrayıl Həsənov, məşqçilər Taymuraz KokoyevŞərif Şərifovun rəhbərliyi altında 19 güləşçi TMT-də iştirak edir. Heyətdə İslam Bazarqanov (57 kq), Musa Ağayev, Ruslan Abdullayev (hər ikisi 65 kq), Kənan Heybətov, Zirəddin Bayramov (hər ikisi 70 kq), Ağanəzər Novruzov, Turan Bayramov, Maqomed-Başir Xaniyev (hamısı 74 kq), Fərid Cabbarov, Cəbrayıl Hacıyev, Səbuhi Əmiraslanov (hamısı 79 kq), Arseniy Djioyev (86 kq), Osman Nurmaqomedov, Abubakr Abakarov, Sadiq Mustafazadə (hamısı 92 kq), Maqomedxan Maqomedov, Zəfər Əliyev (hər ikisi 97 kq), Giorgi MeşvildişviliXetaq Karsanov (hər ikisi 125 kq) yer alıb”.

Toplanış iyulun 17-dən 20-dək Macarıstanda keçiriləcək ilin son reytinq turnirinə hazırlıq xarakteri daşıyır.

İlk şərhi yaza bilərsiniz

Lütfən, buyurub bir şərh yaza bilərsiniz

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Mission News Theme by Compete Themes.