Press "Enter" to skip to content

Qızlar Liqasının qalibləri mükafatlandırılıb

Qızlar Liqasının qalibləri mükafatlandırılıb

BAYRAQDAR MEDİA – FHN İSM-də üçüncü yer uğrunda oyun və final görüşü keçirilib.

Bu haqda xəbər BAYRAQDAR MEDİA-ya Azərbaycan Futbol Federasiyaları Assosiasiyasından (AFFA) daxil olub.

Xəbərdə qeyd edilir ki, “bürünc mükafat uğrunda matçda Qubanın “Alekseyevka” komandası üzərində 1:0 hesablı qələbə qazanan “Sumqayıt” yarışı üçüncü sırada tamamlayıb. Ardından final qarşılaşmasında “Səbail” və “Şəfa” kollektivləri üz-üzə gəliblər. 2:0 hesablı qələbə qazanan “Səbail” çempion olub. “Şəfa” isə gümüş medallara yiyələnib”.

Sonra xəbərdə, “oyundan sonra ilk üç yerin sahibləri medallar və diplomlarla təltif olunublar. Həmçinin fərdi nominasiyalar üzrə qaliblər bəlli olub. “Səbail”in futbolçusu Ofelya Şahbazi mövsümün ən yaxşı oyunçusu, “Şəfa”nın üzvü Ayan Aşurlu ən yaxşı qapıçısı seçilib. Mövsüm ərzində 30 qol vuran “Sumqayıt”ın oyunçusu Zeynəb Cabbarlı isə ən məhsuldar futbolçuya verilən mükafata sahib olub” deyə qeyd olunur.

Mükafatları AFFA-nın Qadın Futbolu Departamentinin rəisi Əminə Həsənova, qadın futbolçulardan ibarət Azərbaycan millisinin baş məşqçisi Siyasət Əsgərov, millinin qapıçı məşqçisi Ruslan Quliyev və 17 yaşadək qadın futbolçulardan ibarət komandanın baş məşqçisi Nərgiz Qurbanova təqdim edib.

İlk şərhi yaza bilərsiniz

Lütfən, buyurub bir şərh yaza bilərsiniz

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Mission News Theme by Compete Themes.