BAYRAQDAR MEDİA – Azərbaycan cüdo tarixində ilk dəfə azərbaycanlı referi böyüklər arasında dünya çempionatına dəvət alıb.
Bu haqda xəbər BAYRAQDAR MEDİA-ya Gənclər və İdman Nazirliyinin (GİN) mətbuat xidmətindən daxil olub.
Xəbərdə bildirilir ki, “13–20 iyun tarixlərində Macarıstanın paytaxtı Budapeştdə keçiriləcək dünya çempionatında Azərbaycan Cüdo Federasiyasının hakimlər heyətinin üzvü, “A” kateqoriyalı beynəlxalq dərəcəli hakim Nazim Umbayev ədalət təmsilçiləri arasında yer alacaq”.
İlk şərhi yaza bilərsiniz