Press "Enter" to skip to content

Futbolda yeni dövr

Türkiyə Futbol Federasiyası

BAYRAQDAR MEDİA – Türkiyə Futbol Federasiyası (TFF) yeni mövsüm üçün intizam qaydalarında diqqətçəkən dəyişikliklər edib.

Bu barədə anadolugazetesi.com saytı məlumat yayıb.

Məlumata görə, Federasiyanın rəsmi saytında yayımlanan yeni qaydalara görə, qırmızı vərəqə cəzaları dərhal növbəti rəsmi oyunda tətbiq ediləcək: “Əvvəlki sistemdə 4 oyuna qədər verilən cəzalar yalnız vərəqənin görüldüyü kateqoriyada tətbiq olunurdu. Bundan əlavə, futbolçu müqavilələri ilə bağlı da dəyişiklik edilib. Klub və futbolçular arasında imzalanan müqavilələrdəki bütün maddi öhdəliklər – imza pulu, imic haqları, təmin edilən mənzil və s. – TFF-yə bildirilməlidir”.

Məlumatda deyilir ki, əgər bildirilmiş məlumatlarla faktlar uyğun gəlməzsə, klub açıqlanmayan məbləğin yarısı qədər cərimələnəcək: “Bu yeniliklərlə şəffaflığın və ədalətin artırılması hədəflənir”.

İlk şərhi yaza bilərsiniz

Lütfən, buyurub bir şərh yaza bilərsiniz

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Mission News Theme by Compete Themes.