BAYRAQDAR MEDİA – İyunun 15-də dövlət qurumlarının əməkdaşları arasında qolf üzrə yarışlara yekun vurulub.
Bu haqda xəbər BAYRAQDAR MEDİA-ya Fövqəladə Hallar Nazirliyinin (FHN) mətbuat xidmətindən daxil olub.
Xəbərdə deyilir ki, ““Dreamland Golf” meydançasında olan yarışlar Gənclər və İdman Nazirliyi (GİN) və Azərbaycan Qolf Federasiyasının birgə təşkilatçılığı ilə keçirilib. Yarışlarda dövlət qurumlarından 23 əməkdaş mübarizə apararaq öz qüvvələrini sınayıblar”.
Sonra xəbərdə, “yarışlarda iştirak edən FHN-in Katibliyinin əməkdaşı Aysel Kazımova qadınlar arasında bütün rəqiblərinə qalib gələrək qızıl medala sahib olub. Qalibə GİN-in diplomu və qızıl medal təqdim edilib. Qeyd edək ki, A.Kazımova ötən il də dövlət qurumlarının əməkdaşları arasında keçirilən qolf yarışında birinci yerə layiq görülüb” deyə bildirilir.
İlk şərhi yaza bilərsiniz