Press "Enter" to skip to content

FHN-in qadın və kişilərdən ibarət voleybol komandaları qızıl medal qazanıb

FHN-in qadın və kişilərdən ibarət voleybol komandaları qızıl medal qazanıb

BAYRAQDAR MEDİA – Gənclər və İdman Nazirliyinin (GİN) və Azərbaycan Voleybol Federasiyasının (AVF) birgə təşkilatçılı ilə Azərbaycan Voleybol Mərkəzində keçirilən dövlət qurumları arasında voleybol yarışlarına yekun vurulub.

Bu haqda xəbər BAYRAQDAR MEDİA-ya Fövqəladə Hallar Nazirliyinin (FHN) mətbuat xidmətindən daxil olub.

Xəbərdə bildirilir ki, “yarışlarda iştirak edən FHN-in həm qadın, həm də kişilərdən ibarət yığma komandaları ən yüksək nəticə göstəriblər. Belə ki, dairəvi sistem üzrə mübarizə aparan FHN-in qadınlardan ibarət “Xilasedici” komandası bütün görüşlərdə qalib gələrək fəxri kürsünün ən yüksək pilləsinə qalxıb. Nazirliyin kişilərdən ibarət eyniadlı – “Xilasedici” voleybol komandası da qrup şəklində mübarizə apararaq bütün rəqiblərinə qalib gəlib və turnirin çempionu adını qazanıb”.

Qaliblərə GİN-in diplom və medalları təqdim olunub.

Mission News Theme by Compete Themes.