BAYRAQDAR MEDİA – Eskişehir stadionunun adı rəsmi olaraq dəyişdirilib.
Eskişehir AK Parti millət vəkili və MKYK üzvü Nebi Hatipoğlu öz sosial şəbəkə hesabında stadionun yeni adının “Prof. Dr. Fethi Heper” olduğunu bildirib. O, bu qərarın Cümhurbaşqanı Recep Tayyip Erdoğanın razılığı ilə qüvvəyə mindiyini qeyd edib.
Paylaşımda deyilir: “Stadionumuzun yeni adı Eskişehirin yetişdirdiyi dəyərli ziyalılardan biri, Eskişehirspor və millî komandamızın əfsanəvi futbolçusu, akademik kimliyi ilə bütün həyatını şəhərimizə həsr etmiş Prof. Dr. Fethi Heperin adı ilə əbədiləşdirilib.”





