Press "Enter" to skip to content

Azərbaycanlı şahmatçı “Sheki Open”in qalibi olub

Azərbaycanlı şahmatçı “Sheki Open”in qalibi olub

BAYRAQDAR MEDİA – Şəkidə “Sheki Open” beynəlxalq şahmat festivalı sona çatıb. A qrupunda 9 turda hamıdan çox 8 xal toplayan azərbaycanlı şahmatçı Xaqan Əhməd yarışın qalibi olub.

Bu haqda xəbər BAYRAQDAR MEDİA-ya Azərbaycan Şahmat Federasiyasından daxil olub.

Xəbərdə deyilir ki, “yarış ərzində 7 xal toplayan Ukrayna şahmatçısı Vasiliy Bernardskiy turniri ikinci pillədə başa vurub. Azərbaycanın digər şahmatçısı Vüqar Manafov 6,5 xalla üçüncü yerdə qərarlaşıb. B qrupunda təmsilçi Teymur Soltanov 8 xalla turnirin qalibi adını qazanıb. Yusif Kərimliylə Hüseyn Qurbanov müvafiq olaraq 2-3-cü yerləri tutub”.

Qeyd edək ki, “Sheki Open” Azərbaycan Şahmat Federasiyasının təşəbbüsü ilə keçirilən “Chess Tour Azerbaijan”ın bir mərhələsidir. İyunun 27- də layihənin növbəti yarışı – “Shamaxhi Open” turniri başlayacaq.

Mission News Theme by Compete Themes.