Press "Enter" to skip to content

“Star Cup Azerbaijan” turnirinin təqdimatı olub

"Star Cup Azerbaijan" turnirinin təqdimatı olub

BAYRAQDAR MEDİA – İyunun 25-də Bakıda çimərlik futbolu üzrə “Star Cup Azerbaijan” turnirinin rəsmi təqdimat mərasimi baş tutub.

Bu haqda xəbər BAYRAQDAR MEDİA-ya Gənclər və İdman Nazirliyinin (GİN) mətbuat xidmətindən daxil olub.

Xəbərdə qeyd olunur ki, “tədbirdə təşkilatçılarla yanaşı, fəxri qonaq qismində yunan-Roma güləşi üzrə dünya və Avropa çempionu, Olimpiya mükafatçısı Rafiq Hüseynov da iştirak edib. Turnirin təşkilatçılarından biri, idman jurnalisti Ağa Dadaşzadə açılış nitqi ilə çıxış edərək “Star Cup Azerbaijan”ın Azərbaycanda bu formatda keçirilən ilk çimərlik futbolu turniri olduğunu vurğulayıb. O, layihənin məqsədinin idmanın inkişafına töhfə vermək, həmçinin çimərlik futboluna və ümumilikdə idmana olan marağı artırmaq olduğunu qeyd edib. Daha sonra söz fəxri qonaq və eyni zamanda turnirdə çıxış edəcək “Platinum” komandasının kapitanı R.Hüseynova verilib. O, bu cür layihələrin idmana marağın yüksəlməsi baxımından mühüm rol oynadığını bildirib və turnirin yüksək səviyyədə təşkil olunacağına əminliyini ifadə edib”.

Sonra xəbərdə, “AFFA və Su İdmanı Sarayının dəstəyi ilə keçiriləcək turnirdə ulduzlardan ibarət 4 komanda iştirak edəcək. Qarşılaşmalar 26 və 28 iyun tarixlərində saat 20:00-da baş tutacaq, final oyunu və üçüncülük uğrunda isə isə 2 iyulda saat 19:00-dan etibarən keçiriləcək. Matçlar Su İdmanı Sarayının ərazisində yerləşən Avropa Oyunları Parkında oynanılacaq” deyə bildirilir.

Qeyd edək ki, bütün oyunlara giriş sərbəstdir.

Mission News Theme by Compete Themes.