Press "Enter" to skip to content

Azərbaycanın çimərlik voleybolçularının uğuru

Azərbaycanın çimərlik voleybolçularının uğuru

BAYRAQDAR MEDİA – İyunun 30-da Latviyanın Cesis şəhərində çimərlik voleybolu üzrə 18 yaşadək qız və oğlanlar arasında Şərqi Avropa Voleybol Zonal Assosiasiyasının (EEVZA) çempionatına başlanılıb.

Bu haqda xəbər BAYRAQDAR MEDİA-ya Gənclər və İdman Nazirliyinin (GİN) mətbuat xidmətindən daxil olub.

Xəbərdə qeyd olunur ki, “Latviya, Litva, Estoniya, Polşa, Ermənistan, Gürcüstan və Ukrayna yığmalarının mübarizə apardığı çempionatda Azərbaycan iki qız və bir oğlan komandası ilə təmsil olunur. Oğlanların yarışında Azərbaycan komandası (İbrahim Məmmədov / Muhəmməd Aslanlı) qrup mərhələsində Latviya və Estoniya yığmalarını 2:0 hesabı ilə məğlub edərək pley-off mərhələsinə yüksəlib. Bu mərhələdə Azərbaycan təmsilçiləri Litva komandası ilə qarşılaşacaq. Qızlar isə qrup mərhələsində mübarizəni dayandırıblar”.

Qeyd edək ki, yarışa iyulun 3-də yekun vurulacaq. İlk üç pilləni tutan komandalar Avropa çempionatına vəsiqə qazanacaqlar.

Mission News Theme by Compete Themes.