Press "Enter" to skip to content

Tünbətün oğlu

Məmməd QƏDİR

BAYRAQDAR MEDİA Xaçmazda fəaliyyət göstərən Murad Qudyalçaylı adına “Ulduzlar” Ədəbi Məclisinin fəal üzvü, tanınmış şair, Azərbaycan Yazıçılar Birliyinin üzvü Məmməd QƏDİRin günün siyasi durumu ilə səsləşən şeirini təqdim edir:

Bəsdir səbrimizlə oynadın, yetər,
Sənin üzürün də günahdan betər,
Hər tumumdan qazi, ya şəhid bitər,
Sinən kin-küdurət, nifrətlə dolu,
Əl çək yaxamızdan, tünbətün oğlu.

Məzluma, fağıra zor göstərirsən,
Azadlıq sevənə tor göstərirsən,
Qəbir qazıyırsan, gor göstərirsən,
Çıxıb cızığından azmısan yolu,
Əl çək yaxamızdan, tünbətün oğlu.

Niyə axı ağlın başına gəlmir?
Bu nifrət, qətliam boşuna gəlmir,
Müstəqil dövlətik, xoşuna gəlmir,
Əzirsən nökəri, vurursan qulu,
Əl çək yaxamızdan, tünbətün oğlu.

Harda adın varsa qada var, qan var,
Nə qəlbində insaf, nə din-iman var,
Unutmur Xocalı, iyirmi yanvar,
Namərd xislətindən sinəmiz odlu,
Əl çək yaxamızdan, tünbətün oğlu.

Yoxdur xislətimdə nifrət, qəzəb, kin,
Qorx ki, şüşəsindən azad ola cin,
Mən türkəm, bir ölüb dirilirəm min,
Hər doğulan fərdim bir qoç Koroğlu,
Əl çək yaxamızdan, tünbətün oğlu.

Alimin yaşayır sürgün içində,
Donur ədalətin kürkün içində,
Batıb boğulursan türkün içində,
Türkdür məmləkətin sağı, həm solu,
Əl çək yaxamızdan, tünbətün oğlu.

Qovursan becərib əkəni, – türkdür,
Yenə qeyrətinin çəkəni türkdür,
Beşdən dörd körpənin kökəni türkdür,
Böyüyüb qapına vuracaq qolu,
Əl çək yaxamızdan, tünbətün oğlu.

Qarabağ zəfərim, dünya miqyası,
Səbr edən milləti etməzlər ası,
Türkün qiyamətə qalmır qisası,
Namus əyarıyıq, qeyrət simvolu,
Əl çək yaxamızdan, tünbətün oğlu…

Mission News Theme by Compete Themes.