BAYRAQDAR MEDİA – Dünya Taekvondo Federasiyası, Taekvondo Təbliğat Fondu və “Taekwondowon” İdman Kompleksi tərəfindən Cənubi Koreyanın Muju şəhərində 2-10 iyul tarixlərini əhatə edən beynəlxalq təlim-məşq toplanışı təşkil ediləcək.
Bu haqda xəbər BAYRAQDAR MEDİA-ya Gənclər və İdman Nazirliyinin (GİN) mətbuat xidmətindən daxil olub.
Xəbərdə deyilir ki, “dünyanın 10-dan çox ölkəsindən 40 parataekvondoçunun xüsusi dəvət ilə qatıldığı təlim-məşq toplanışında Azərbaycan paralimpiyaçıları Sabir Zeynalov (58 kq), İmaməddin Xəlilov (70 kq) və Orxan Cəfərov (80 kq) da iştirak edəcək”.





