Press "Enter" to skip to content

Əkbər Qoşalının “Təfəyyüz və Füyuzat”ı

BAYRAQDAR MEDİA – “Təfəyyüz və Füyuzat anlayışları sadəcə (Quzey Makedoniya paytaxtında) məktəb və (Azərbaycan Respublikası paytaxtında) dərgi adı deyil, onlar bir maarifçilik gələnəyinin, mədəni və ictimai inkişafın simvollarıdır. Üsküp (Skopye) və Bakı kimi şəhərlərin intellektual həyatı (həm də) bu milli maarifçilik axınlarının təsiri ilə formalaşıb; buralarda öyrətmənlərin, aydınların, yetişən gənc nəsillərin yeni fikir dalğaları toplumun sosial-mədəni quruluşuna yön verən bir xətt kimi meydana çıxıb”.

Bu sətirlər Beynəlxalq “Alaş” Ədəbiyyat Mükafatı laureatı Əkbər Qoşalının Fyüzat jurnalında dərc edilmiş “Təfəyyüz və Füyuzat” adlı məqaləsində yer alıb.

Məqalədə qeyd edilir ki, “Təfəyyüz biləvasitə Üsküpdəki bir məktəbi və ondan irəli gələn təhsil, maarifçilik və yeni nəsil dalğasını, bu dalğanın doğurduğu yaradıcılıq aktlarını, əsərləri ifadə edir; Füyuzat biləvasitə Bakıdakı bir dərgini, ondan irəli gələn maarifçilik dalğasını, bu dərgi və dalğanın doğurduğu məktəbi ifadə edir”.

Qeyd edək ki, geniş araşdırma yazısını oxucular bu linkdən oxuya bilərlər.

Mission News Theme by Compete Themes.