BAYRAQDAR MEDİA – Azərbaycan Futbol Federasiyaları Assosiasiyasının (AFFA) təşkilatçılığı ilə məşqçi kurslarının təlimatçıları üçün kurs keçirilir.
Bu haqda xəbər BAYRAQDAR MEDİA-ya AFFA-dan daxil olub.
Xəbərdə bildirilir ki, “AFFA-nın Təhsil və Reabilitasiya Mərkəzində təşkil edilən tədbirə təhsil şöbəsinin rəhbəri Aslan Kərimov və təlimatçı Osman Rəhimov rəhbərlik edirlər. Kursun ilk günündə iştirak edən AFFA-nın Texniki direktoru Cahangir Həsənzadə iştirakçılara uğurlar arzulayıb”.
Kursa iyulun 4-də yekun vurulacaq.





