BAYRAQDAR MEDİA – Erzurumda maraqlı velisiped yarışları başlayıb. Valiliyinin koordinasiyasında həyata keçirilən “Rotalarımız Macəra PalanEkstrem” layihəsi universitet tələbələrinin təbiətlə iç-içə, komanda ruhunda fiziki və zehni bacarıqlarını inkişaf etdirməyi hədəfləyir.
Bu barədə igdirhaber.net saytı məlumat yayıb.
Məlumata görə, layihənin ilk tədbiri Narman rayonunda təşkil olunan velosiped yarışı olub: “Meşə içindəki çətin marşrutları keçən iştirakçılar ilk olaraq Narman Karagöl ərazisində bayraq tapma yarışına qatılıblar. Daha sonra velosiped yarışı Oltu Qalası qarşısında sona çatıb”.
Qeyd edilib ki, yarışçılar avtobuslarla Şənkaya Şırankes İstirahət Zonasında düşərgə qurublar.





