Press "Enter" to skip to content

Media nümayəndələri arasında şahmat turniri

Media nümayəndələri arasında şahmat turniri

BAYRAQDAR MEDİA – 22 iyul – Milli Mətbuat Günü münasibətilə Gənclər və İdman Nazirliyi (GİN) və Azərbaycan Şahmat Federasiyasının (AŞF) təşkilatçılığı, “Sirab” və “RAHAT” mağazalar şəbəkəsinin dəstəyilə media nümayəndələri arasında şahmat turniri keçiriləcək.

Bu haqda xəbər BAYRAQDAR MEDİA-ya GİN-in mətbuat xidmətindən daxil olub.

Xəbərdə deyilir ki, “yarış iyulun 13-də Respublika Şahmat Mərkəzində təşkil olunacaq. Turnir A və B qrupundan ibarət olacaq. Qalib və mükafatçılar 7 turdan sonra müəyyənləşəcək. Hər oyuna 5 dəqiqə vaxt veriləcək, hər gedişə 5 saniyə əlavə olunacaq. Hər qrup üzrə ilk üç yeri tutacaq iştirakçılara pul mükafatı və qiymətli hədiyyələr veriləcək. Yalnız birinci yerin sahibləri diplomla təltif olunacaq”.

Qeyd edək ki, AŞF hər il ənənəvi olaraq jurnalistlər arasında şahmat yarışları təşkil edir. Budəfəki turnir sayca yeddinci yarış olacaq.

Mission News Theme by Compete Themes.