Press "Enter" to skip to content

Nazir beynəlxalq yarışlarda uğurla çıxış etmiş idmançılarla görüşüb

Nazir beynəlxalq yarışlarda uğurla çıxış etmiş idmançılarla görüşüb

BAYRAQDAR MEDİA – İyulun 7-də gənclər və idman naziri Fərid Qayıbov ay ərzində beynəlxalq yarışlarda uğurla çıxış etmiş idmançılarla görüşüb.

Bu haqda xəbər BAYRAQDAR MEDİA-ya Gənclər və İdman Nazirliyinin (GİN) mətbuat xidmətindən daxil olub.

Xəbərdə qeyd edilir ki, “Azərbaycan İdman Akademiyasında baş tutan tədbirdə idmançılarla yanaşı, onların məşqçiləri də iştirak ediblər. Tədbir Dövlət Himninin səsləndirilməsi ilə başlayıb. Daha sonra nazir “Azərbaycan Respublikasının Əməkdar məşqçisi” fəxri adına və “Azərbaycan Respublikasının İdman ustası” dərəcəsinə layiq görülmüş şəxslərə müvafiq vəsiqə və döş nişanlarını təqdim edib”.

Sonra xəbərdə, “ay ərzində beynəlxalq arenalarda qazanılmış nailiyyətləri əks etdirən videoçarxın nümayişindən sonra tədbir iştirakçıları çıxış ediblər. Aerobika gimnastikası, akrobatika gimnastikası, kayak, kanoe, akademik avarçəkmə, boks, basketbol, cüdo, çimərlik güləşi, sərbəst güləş, qadın güləşi, yunan-Roma güləşi, minifutbol, kikboksinq, karate, MMA, parapauerliftinq, parabadminton, kəmər güləşi, qırğız kuroşu, deflimpiya (karate WKF) idman növlərinin nümayəndələri çıxış etdikləri yarışlar və qazandıqları nəticələr barədə məlumat veriblər” deyə bildirilir.

Sonda F.Qayıbov idmançıları təbrik edərək onlara qarşıdakı yarışlarda daha böyük uğurlar arzulayıb.

Mission News Theme by Compete Themes.