Press "Enter" to skip to content

Portuqaliyadan uğurlu nəticələr

Portuqaliyadan uğurlu nəticələr

BAYRAQDAR MEDİA – 5-7 iyul tarixlərində Portuqaliyanın Koimbra şəhərində batut gimnastikası və tamblinq üzrə beynəlxalq turnir keçirilib.

Bu haqda xəbər BAYRAQDAR MEDİA-ya Azərbaycan Gimnastika Federasiyasından daxil olub.

Xəbərdə bildirilir ki, “turnirdə Azərbaycan milli komandasının üzvləri iştirak edərək uğurlu nəticələr göstəriblər”.

Batut gimnastikası üzrə fərdi proqramda:
Selcan Mahsudova – 54.720 xal, I yer
Məhəmməd Həsənli – 47.410 xal, I yer
Aylin Ağazadə – 45.270 xal, III yer

İkili-mini batut proqramı üzrə:

Fərhad Mustafayev – 22.000 xal, II yer

Tamblinq üzrə:
Sənan Rzazadə – 85.600 xal, I yer
Hüseyn Əsədullayev – 23.500 xal, II yer

Mission News Theme by Compete Themes.