BAYRAQDAR MEDİA – Qızlardan ibarət U-18 Azərbaycan millisi Avropa Çempionatının B divizionunda sonuncu qrup oyununu keçirib.
Bu haqda xəbər BAYRAQDAR MEDİA-ya Gənclər və İdman Nazirliyinin (GİN) mətbuat xidmətindən daxil olub.
Xəbərdə bildirilir ki, “Azərbaycan millisi son qrup oyununda Kosovo yığmasını 62:54 hesabı ilə məğlub edib və C qrupunu 3-cü sırada tamamlayıb. Qeyd edək ki, Azərbaycan millisi ilk dəfə qatıldığı Avropa Çempionatı B divizionunda 9-16-cı yerlər uğrunda mübarizə aparacaq”.





