Press "Enter" to skip to content

Tofiq Bəhramov Stadionu ESSMA-ya üzv qəbul edilib

Tofiq Bəhramov Stadionu ESSMA-ya üzv qəbul edilib

BAYRAQDAR MEDİA – Tofiq Bəhramov adına Respublika Stadionu Avropa Stadion və Təhlükəsizlik İdarəçiliyi Assosiasiyasına (ESSMA) rəsmi olaraq üzv qəbul edilib.

Bu haqda xəbər BAYRAQDAR MEDİA-ya Gənclər və İdman Nazirliyinin (GİN) mətbuat xidmətindən daxil olub.

Xəbərdə qeyd edilir ki, “bu üzvlük stadionun beynəlxalq təcrübə mübadiləsinə qoşulması, təhlükəsizlik, idarəetmə və digər sahələrdə daha yüksək pilləyə yüksəlməsi baxımından faydalı olacaq. Üzvlüklə bağlı ESSMA-nın rəsmi səhifəsində də paylaşım edilib. Paylaşımda 31 min 200 tamaşaçı tutumu olan, futbol üzrə Azərbaycan milli komandası və “Qarabağ” futbol klubunun ev oyunlarını keçirdiyi stadionun dünyada futbol referisinin adını daşıyan ilk arena olduğu da qeyd edilib”.

Mission News Theme by Compete Themes.