BAYRAQDAR MEDİA – Beynəlxalq dərəcəli hakim-inspektor Babək Quliyev UEFA-dan növbəti təyinat alıb.
Bu haqda xəbər BAYRAQDAR MEDİA-ya Azərbaycan Futbol Federasiyasından daxil olub.
Xəbərdə qeyd olunur ki, “O, UEFA Avropa Liqasının I təsnifat mərhələsi çərçivəsində iyulun 17-də keçiriləcək “Aktobe” (Qazaxıstan) – “Legiya” (Polşa) görüşünün hakim-inspektoru olacaq. Qarşılaşma Aktobe şəhərində yerləşən Mərkəzi Stadionda baş tutacaq”.





