Press "Enter" to skip to content

“İdman tibbində çiyin zədələnmələri. Diaqnostika, müalicə və reabilitasiya” elmi-praktik təlimi

“İdman tibbində çiyin zədələnmələri. Diaqnostika, müalicə və reabilitasiya” elmi-praktik təlimi

BAYRAQDAR MEDİA – Böyük Britaniyanın University College London (UCL) universitetinin professoru, Kral Tibb Cəmiyyətinin İdman Tibbi bölməsinin vitse-prezidenti, İdman tibbi üzrə Avropa standartının müəllifi, Beynəlxalq Olimpiya Komitəsinin tibbi eksperti Maykl Pol Luzmor tərəfindən “İdman tibbində çiyin zədələnmələri. Diaqnostika, müalicə və reabilitasiya” mövzusunda elmi-praktik təlim keçirilib.

Bu haqda xəbər BAYRAQDAR MEDİA-ya Azərbaycan İdman Akademiyasının mətbuat xidmətindən daxil olub.

Xəbərdə bildirilir ki, “sözügedən təlimin məqsədi idmançılarda rast gəlinən çiyin zədələnmələri və disfunksiyalarının yaranma səbəblərinin araşdırılması, onların düzgün diaqnostikasının aparılması və reabilitasiya prosesinin səmərəli şəkildə təşkili yollarının öyrənilməsi olub”.

Qeyd edək ki, təlimdə Azərbaycan Cüdo Federasiyası, Azərbaycan Tibb Universiteti, Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyi, müxtəlif tibb müəssisələrinin həkimləri və İdman Akademiyasının əməkdaşları iştirak ediblər.

Mission News Theme by Compete Themes.