Press "Enter" to skip to content

“Azərbaycan-Gürcüstan münasibətləri (1918–1922-ci illər)” kitabının təqdimatı

Tədbir zamanı

BAYRAQDAR MEDİA – Türk Mədəniyyəti və İrsi Fondunun mərkəzi ofisində Fondun aparat rəhbəri Fəxri Hacıyevin müəllifi olduğu “Azərbaycan-Gürcüstan münasibətləri (1918–1922-ci illər)” kitabının təqdimatı olub.

Məlumata görə, kitab Azərbaycan Xalq Cümhuriyyəti ilə Gürcüstan Demokratik Respublikası arasında qeyd olunmuş dövrdə diplomatik və siyasi münasibətlərin təhlilinə həsr olunub.

Tədbirdə Türk Mədəniyyəti və İrsi Fondunun prezidenti Aktoti Raymkulova qeyd edib ki, bu nəşr təkcə tarixi bir araşdırma deyil, həm də xalqlar arasında mədəni körpülərin möhkəmləndirilməsinə xidmət edən səylərin rəmzidir.

Tədbirdə kitabın müəllifi Fəxri Hacıyev qeyd edib ki, Gürcüstanın coğrafi mövqeyi əsrlər boyu türk xalqları arasında bir körpü rolu oynayıb və bu amil bu gün də öz aktuallığını qoruyur.

Tədbir panel müzakirəsi ilə davam edib, burada nəşrə elmi qiymət verilib, ekspertlərin və iştirakçıların fikirləri dinlənilib.

Qeyd edək ki, tədbirdə dövlət rəsmiləri, Azərbaycanda akkreditə olunmuş səfirlər və elm xadimləri iştirak ediblər.

Mission News Theme by Compete Themes.