Press "Enter" to skip to content

MEK-də dövlətçiliyə dair nəşrlərin virtual sərgisi

MEK-də dövlətçiliyə dair nəşrlərin virtual sərgisi

BAYRAQDAR MEDİA – Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) Mərkəzi Elmi Kitabxanası (MEK) dövlətçiliyə dair fonduna daxil olan yeni informasiya resurslarının virtual sərgisinin 2025-ci il üzrə birinci buraxılışını təqdim edir.

Bu haqda xəbər BAYRAQDAR MEDİA-ya MEK-dən daxil olub.

Xəbərdə deyilir ki, “virtual sərgi Ulu Öndər Heydər Əliyevin Azərbaycanda birinci dəfə siyasi hakimiyyətə gəldiyi günə həsr olunub. Sərgilənən nəşrlərdə Ümummilli Lider Heydər Əliyevin mənalı və keşməkeşli həyatı və mübarizəsinin mahiyyəti, tarixi əhəmiyyəti, müasir dövrdəki yeri və rolu, cəsarətli tədbirləri və düşünülmüş siyasəti nəticəsində respublikada baş verən dərin sosial-iqtisadi dəyişiliklər, yenidənqurma işləri elmi cəhətdən əsaslandırılmış şəkildə öz əksini tapıb. Azərbaycan və rus dillərində təqdim olunan nəşrlərdə Azərbaycanın şanlı Zəfər tarixini əhatə edən kitablar, ən qədim dövrlərdən bugünədək Azərbaycan torpaqlarında cərəyan edən tarixi və siyasi proseslərin əks olunduğu dəyərli nəşrlər də yer alıb”.

Daha sonra xəbərdə, “bunların sırasında “Heydər Əliyev: Şəxsiyyətin miqyası və missiyası”, “Azərbaycanda ətraf mühitin sağlamlaşdırılmasında Ümummilli Lider Heydər Əliyevin rolu”, “Heydər Əliyev: Yenilikçi düşüncəyə malik siyasətçi (1969-1982)”, “Tarixlərdən boylanan ömür”, “Azərbaycanın zəngin mədəniyyəti var: Ulu Öndər Heydər Əliyevin aforizm və kəlamları”, “Yeni tarixi mərhələdə Azərbaycanın xarici siyasətinin prioritetləri: politoloji təhlil: monoqrafiya”, “Zəfər tariximizin fatehləri”, “İnkişaf – məqsədimizdir: çıxışlar, nitqlər, bəyanatlar, müsahibələr, məktublar, məruzələr, müraciətlər”, “Azərbaycan Milli Elmlər Akademiyası. Simalar. I Cild” və digər əsərlər mövcuddur” deyə bildirilir.

Geniş oxucu kütləsi üçün nəzərdə tutulan nəşrlərin elektron versiyalarını MEK-in elektron kataloquna daxil olub PDF formatında yükləmək və ya onlayn rejimdə mütaliə etmək mümkündür.

Mission News Theme by Compete Themes.