Press "Enter" to skip to content

Azərbaycan boksçusu erməni rəqibinə qalib gələrək Avropa çempionu olub

Azərbaycan boksçusu erməni rəqibinə qalib gələrək Avropa çempionu olub

BAYRAQDAR MEDİA – Azərbaycan boksçusu Əminə Tağı Avropa çempionu tituluna yiyələnib.

Bu haqda xəbər BAYRAQDAR MEDİA-ya Azərbaycan Boks Federasiyasından daxil olub.

Xəbərdə bildirilir ki, “50 kq çəkidə mübarizə aparan idmançı bu uğura Serbiyanın Novi Pazar şəhərində yeniyetmələr arasında keçirilən qitə birinciliyində imza atıb. O, finalda ermənistanlı Amest Afrikyanı məğlub edib. Azərbaycanlı boksçu rəqibinə 4:1 (29:28, 29:28, 29:28, 27:30, 30:27) hesabı ilə qalib gələrək fəxri kürsünün ən yüksək pilləsinə qalxıb və şərəfinə Novi Pazarda Azərbaycan himni səsləndirilib. Digər azərbaycanlı qız boksçulardan Cəmilə Muradlı (52 kq), Fidan Bakarova (63 kq), Səma Abbasova (66 kq) gümüş, Aylin Nəzərova (46 kq), Gülər Hüseynova (48 kq) və Zəhra Məmmədova (54 kq) bürünc medal qazanıblar. Beləliklə, qızlardan ibarət Azərbaycan millisi Avropa birinciliyini 1 qızıl, 3 gümüş və 3 bürünc medalla başa vurub”.

Daha sonra xəbərdə, “yarışın altıncı günündə Səfdər Məmmədzadə (+80 kq) isə adını finala yazdırıb. O, yarımfinalda belaruslu Kirill Jukovskiyə tam üstünlüklə qalib gəlib. Məmmədzadə həlledici görüşdə rusiyalı Boqdan Smolkinlə döyüşəcək. Qeyd edək ki, azərbaycanlı oğlan boksçulardan daha öncə Qardaş Rəhimov (46 kq), Məhəmməd Rəsulov (50 kq), Raul Heydərli (54 kq), Şahin Aslanov (60 kq) və Haqverdi Həsənov (63 kq) bürünc medala sahib olublar” deyə qeyd olunur.

Mission News Theme by Compete Themes.