Press "Enter" to skip to content

Azərbaycan Monqolustanda turnirdə təmsil olunacaq

Azərbaycan Monqolustanda turnirdə təmsil olunacaq

BAYRAQDAR MEDİA – Beynəlxalq Cüdo Federasiyasının (BCF) təqviminə əsasən 25–27 iyul tarixlərində Monqolustanın paytaxtı Ulan-Batorda Böyük Dəbilqə turniri keçiriləcək.

Bu haqda xəbər BAYRAQDAR MEDİA-ya Gənclər və İdman Nazirliyinin (GİN) mətbuat xidmətindəm daxil olub.

Xəbərdə bildirilir ki, “Azərbaycan bu yarışda kişilərdən ibarət yığmanın böyük məşqçisi Elxan Məmmədovun başçılığı altında 2 çəki dərəcəsində 3 cüdoçu ilə təmsil olunacaq. Üç gün davam edəcək turnirdə 29 ölkədən 248 idmançı (148 kişi, 100 qadın) iştirak edəcək”.

BCF Dünya Turunun bu mərhələsində Azərbaycan Cüdo Federasiyasının hakimlər heyətinin üzvü, “A” kateqoriyalı beynəlxalq dərəcəli hakim Nazim Umbayev ədalət təmsilçiləri arasında yer alacaq.

Heyətə daxildir:

Kişilər

-60 kq
Balabəy Ağayev
Turan Bayramov

-66 kq
Elşən Əsədov

Mission News Theme by Compete Themes.