Press "Enter" to skip to content

Azərbaycan millisinin Avropa birinciliyində uğuru

Azərbaycan millisinin Avropa birinciliyində uğuru

BAYRAQDAR MEDİA – Serbiyanın Novi Pazar şəhərində yeniyetmə boksçular arasında keçirilən Avropa birinciliyi başa çatıb.

Bu haqda xəbər BAYRAQDAR MEDİA-ya Azərbaycan Boks Federasiyasından daxil olub.

Xəbərdə deyilir ki, “yarışın son günündə Azərbaycan millisinin daha bir medalı rəsmiləşib. +80 kq-da mübarizə aparan Səfdər Məmmədzadə finalda rusiyalı Boqdan Smolkinlə döyüşüb. Görüş rəqibin 3:2 (26:30, 28*:28, 28*:28, 26:30, 29:27) hesablı qələbəsi ilə yekunlaşdığından azərbaycanlı boksçu gümüş medalla kifayətlənib. Bununla da, Azərbaycan yığması Avropa birinciliyini 1 qızıl, 4 gümüş və 8 bürünc medalla başa vurub. Azərbaycan millisi bu göstərici ilə komanda hesabında 3-cü yeri tutub”.

Sonra xəbərdə, “Azərbaycan boksçularından daha öncə Əminə Tağı (50 kq) Avropa çempionu tituluna yiyələnib. Cəmilə Muradlı (52 kq), Fidan Bakarova (63 kq), Səma Abbasova (66 kq) gümüş, Qardaş Rəhimov (46 kq), Məhəmməd Rəsulov (50 kq), Raul Heydərli (54 kq), Şahin Aslanov (60 kq), Haqverdi Həsənov (63 kq), Aylin Nəzərova (46 kq), Gülər Hüseynova (48 kq) və Zəhra Məmmədova (54 kq) bürünc medal qazanıblar” deyə bildirilir.

Mission News Theme by Compete Themes.