Press "Enter" to skip to content

Süheyla Karaca Hanönü Şəkidə fəxri qonaq olub

Tədbirdən xatirə fotosu

BAYRAQDAR MEDİA – Iğdırdan olan tanınmış yazar Süheyla Karaca Hanönü Azərbaycan, Şəki şəhərində keçirilən Bəxtiyar Vahabzadənin 100 illiyinə həsr olunmuş beynəlxalq konqresdə Türkiyəni təmsil edib.

Bu barədə igdirhaber.net saytı məlumat yayıb.

Məlumata görə, tədbirdə 400-dən çox alim iştirak edib: “Hanönü, “İki dövlət, bir millət” şüarı ilə çıxış edib və Bəxtiyar Vahabzadənin bütün türk dünyasının səsi olduğunu qeyd edib. O, “Tənha məzar” şeiri ilə çıxışına başlayıb və B.Vahabzadənin vətən sevgisi, dil şüuru, ana həsrəti və azadlıq mübarizəsinin güclü poetik ifadəsini vurğulayıb”.

Məlumatda deyilir ki, Konqres boyu Hanönü azərbaycanlı alimlərlə ədəbi dostluqlar qurub, TV proqramlarına qatılıb, Vahabzadənin ev muzeyində qonaq olub.

Mission News Theme by Compete Themes.