Press "Enter" to skip to content

ARMPK rəhbərliyi Azərbaycanı təmsil edəcək paralimpiyaçılarla görüşüb

ARMPK rəhbərliyi Avropa Gənclər Paralimpiya Oyunlarında Azərbaycanı təmsil edəcək paralimpiyaçılarla görüşüb

BAYRAQDAR MEDİA – Azərbaycan Milli Paralimpiya Komitəsinin (ARMPK) rəhbərliyi Avropa Gənclər Paralimpiya Oyunlarında Azərbaycanı təmsil edəcək paralimpiyaçılarla görüş keçirib.

Bu haqda xəbər BAYRAQDAR MEDİA-ya ARMPK-dən daxil olub.

Xəbərdə bildirilir ki, “tədbirdə ARMPK-nin prezidenti Hidayət Abdullayev, vitse-prezident İlham Zəkiyev, baş katib Toğrul Rəhimov, idmançılar, məşqçilər və komitə nümayəndələri iştirak ediblər. Görüşdə idmançılara olan inam ifadə edilib, qarşıdan gələn mötəbər turnirdə onlara uğurlar arzulanıb. Azərbaycanlı paralimpiyaçılar 7 idman növü üzrə – parataekvondo, paracüdo, paraatletika, paraüzgüçülük, parakamandan oxatma, parastolüstü tennis və boccia – 17 idmançı (11 kişi və 6 qadın) ilə təmsil olunacaq”.

Qeyd edək ki, Azərbaycan Milli Paralimpiya komandasının debüt edəcəyi 7-ci Avropa Gənclər Paralimpiya Oyunları 21-28 iyul tarixlərində Türkiyənin İstanbulda təşkil ediləcək. 13-23 yaş qrupu üzrə keçiriləcək oyunlarda 33 ölkədən 700-ə yaxın idmançı 9 idman növündə medallar uğrunda mübarizə aparacaq.

Avropa Gənclər Paralimpiya Oyunlarının rəsmi açılış mərasimi iyulun 24-də, bağlanış mərasimi isə iyulun 27-də keçiriləcək.

Mission News Theme by Compete Themes.