Press "Enter" to skip to content

“Olimpiya Ümidləri” beynəlxalq karate turniri olacaq

“Olimpiya Ümidləri” beynəlxalq karate turniri olacaq

BAYRAQDAR MEDİA – Gənclər və İdman Nazirliyi (GİN), Avropa Karate Federasiyası və Azərbaycan Karate Federasiyasının təsdiq etdiyi təqvimə uyğun olaraq “Olimpiya Ümidləri” beynəlxalq karate turniri keçiriləcək.

Bu haqda xəbər BAYRAQDAR MEDİA-ya GİN-in mətbuat xidmətindən daxil olub.

Xəbərdə bildirilir ki, “19-21 sentyabr 2025-ci il tarixlərində Mingəçevir şəhərində keçiriləcək bu mötəbər yarışda 30-dan çox ölkədən 1 mindən artıq karateçinin iştirakı gözlənilir. Turnir, həmçinin MDB Oyunları öncəsi gənc idmançılar üçün unikal bir sınaq və motivasiya mənbəyi olacaq”.

Mission News Theme by Compete Themes.