Press "Enter" to skip to content

“Səhra-yı Kərbəla” kitabı baş konsula təqdim edilib

Görüş zamanı

BAYRAQDAR MEDİA -Iğdır Universitetinin müəllimi və tədqiqatçı-yazıçı Sözer Akyıldırım, yeni əsəri “Səhra-yı Kərbəla” kitabını Azərbaycanın Karsdakı Baş Konsulu Zamin Əliyevə təqdim edib.

Bu barədə igdirhaber.net saytı məlumat yayıb.

Məlumata görə, ziyarət zamanı Sözer Akyıldırım Xocalı soyqırımı, Qarabağ problemi, erməni vəhşilikləri və Azərbaycanın ziyalıları barədə apardığı uzunmüddətli tədqiqatları konsula təqdim edib: “Zamin Əliyev Karsda çalışmaqdan məmnun olduğunu bildirərək, özünü evindəki kimi hiss etdiyini deyib. Qafkas Universitetinin müəllimi Doç. Dr. Onur Akyıldırım da ziyarətdə iştirak edib. Hər iki qonaq göstərilən qonaqpərvərliyə görə Baş Konsula və onun müavini Pərviz Buğadova təşəkkür ediblər”.
Görüş xatirə şəkillərinin çəkilməsi ilə başa çatıb.

Mission News Theme by Compete Themes.