Press "Enter" to skip to content

Bədii gimnastika üzrə qrup hərəkətləri komandası vətənə dönüb

Bədii gimnastika üzrə qrup hərəkətləri komandası vətənə dönüb

BAYRAQDAR MEDİA – Bədii gimnastika üzrə qrup hərəkətləri komandası vətənə qayıdıb.

Bu haqda xəbər BAYRAQDAR MEDİA-ya Gənclər və İdman Nazirliyinin (GİN) mətbuat xidmətindən daxil olub.

Xəbərdə bildirilir ki, “gimnastları hava limanında federasiyanın nümayəndələri, gənc gimnastlar və ailə üzvləri qarşılayıblar. Almaniyada keçirilən 32-ci Ümumdünya Yay Universiadasında iştirak edən böyüklərdən ibarət qrup hərəkətləri komandası Universiadanı 3 medalla başa vuraraq vətənə dönüb. Güllü Ağalarzadə, Ləman Əlimuradova, Darya Sorokina, Yelizaveta LuzanKamilla Əliyevadan ibarət qrup müxtəlif proqramlar üzrə 2 qızıl, 1 gümüş medal qazanıb”.

Qeyd edək ki, bu, Universiadalar tarixində komanda yarışlarında Azərbaycan gimnastlarının ilk uğurudur.

Mission News Theme by Compete Themes.