Press "Enter" to skip to content

Millinin heyəti açıqlanıb

Millinin heyəti açıqlanıb

BAYRAQDAR MEDİA – Azərbaycan Şahmat Federasiyasının (AŞF) İcraiyyə Komitəsi onlayn toplantıda Gürcüstanın Batumi şəhərində keçiriləcək şahmat üzrə Avropa çempionatında iştirak edəcək milli komandaların heyətini təsdiqləyib.

Bu haqda xəbər BAYRAQDAR MEDİA-ya AŞF-dən daxil olub.

Xəbərdə bildirilir ki, “kişi şahmatçılardan ibarət Azərbaycan komandasının heyətinə Şəhriyar Məmmədyarov, Rauf Məmmədov, Məhəmməd Muradlı, Aydın Süleymanlı Eltac Səfərli cəlb edilib. Komandanın kapitanı Teymur Rəcəbov olacaq. Qadın şahmatçılardan ibarət Azərbaycan millisinə Ülviyyə Fətəliyeva, Gövhər Beydullayeva, Gülnar Məmmədova, Xanım BalacayevaAyan Allahverdiyeva dəvət olunub. İlahə Qədimova kapitan olaraq, Nicat Abasov isə məşqçi kimi təsdiqlənib”.

Şahmatçıların lövhələr üzrə mövqeyi yarış ərəfəsində açıqlanacaq. Qeyd edək ki, qitə çempionatı oktyabrın 5-də başlayacaq.

Mission News Theme by Compete Themes.