BAYRAQDAR MEDİA – Türkiyənin İstanbul şəhərində Avropa Gənclər Paralimpiya Oyunlarının açılış mərasimi keçirilib.
Bu haqda xəbər BAYRAQDAR MEDİA-ya Gənclər və İdman Nazirliyinin (GİN) mətbuat xidmətindən daxil olub.
Xəbərdə bildirilir ki, “Cebeci İdman Kompleksində təşkil edilən açılış mərasimində Azərbaycan bayrağını parataekvondoçu Sabir Zeynalov və boccia üzrə idmançı Fidan Səfquliyeva daşıyıb. Qeyd edək ki, 24-27 iyul tarixlərini əhatə edən və 7-ci dəfə təşkil ediləcək oyunlarda Azərbaycan paralimpiyaçıları debüt edir”.





