Press "Enter" to skip to content

Alpinistlər 7-ci dəfə Ağrı zirvəsində

Ağrı dağı yürüşü

BAYRAQDAR MEDİA – Iğdır Gənclik İdman Klubu tərəfindən bu il yeddinci dəfə təşkil olunan Ağrı dağı yürüşü 24–26 iyul tarixlərində uğurla başa çatıb.

Bu barədə igdirhaber.net saytı məlumat yayıb.

Məlumata görə, klubun dağçılarından ibarət qrup çətin hava şəraitinə baxmayaraq zirvəyə qalxaraq böyük bir uğura imza atıb: “Ənənəvi hal almış Ağrı dağı yürüşü bu il də iştirakçıların əzmi və təbiətə sevgisi ilə yadda qaldı.

Dağçılar Ağrı dağının çətin marşrutunu aşaraq zirvəyə çatmağın qürurunu yaşadılar. Bütün iştirakçıların sağ-salamat geri dönməsi həm klub rəhbərliyi, həm də idman ictimaiyyəti üçün sevindirici xəbər oldu”.
Məlumatda deyilir ki, Iğdır Gənclik İdman Klubu tədbirdə iştirak edən bütün idmançıları təbrik edib, onlara gələcək fəaliyyətlərində uğurlar arzulayıb”.

Mission News Theme by Compete Themes.