Press "Enter" to skip to content

Azərbaycan boksçuları “Brandenburq kuboku”nda mübarizə aparacaq

Azərbaycan boksçuları “Brandenburq kuboku”nda mübarizə aparacaq

BAYRAQDAR MEDİA – İyulun 30-da Almaniyanın Frankfurt şəhərində gənc boksçular (U-19) arasında “Brandenburq kuboku” başlayacaq.

Bu haqda xəbər BAYRAQDAR MEDİA-ya Azərbaycan Boks Federasiyasından (ABF) daxil olub.

Xəbərdə deyilir ki, “4 gün davam edəcək beynəlxalq turnirə Azərbaycan millisi 4 idmançı ilə yollanıb. Baş məşqçi Elbrus Rzayevlə məşqçi Yadigar Məmmədov Frankfurtda Bilalhəbaşi Nəzərov (50 kq), Zidan Hümbətov (55 kq), Sübhan Babayev (60 kq) və Məhəmməd  Cəfərova (+90 kq) şans verəcək”.

ABF-nin baş katibi Nağı Səfərov da komanda ilə birgə “Brandenburq kuboku”na yollanıb. Yarışda ölkəmizi hakim kimi Anar Nağdıyev təmsil edəcək.

Mission News Theme by Compete Themes.