Press "Enter" to skip to content

Naxçıvanda gənc şahmatçı Yasin Əzimovla görüş

Naxçıvan Muxtar Respublikası Ali Məclisi

BAYRAQDAR MEDİA – Naxçıvan Muxtar Respublikası Ali Məclisi sədrinin birinci müavini, Azərbaycan Şahmat Federasiyasının vitse-prezidenti Bəxtiyar Məmmədov gənc şahmatçı Yasin Əzimov, atası Şahin Əzimov və müəllimi Urfan Sevdimalıyev ilə görüşüb.

Bu barədə BAYRAQDAR MEDİA-ya Ali Məclisin Mətbuat xidmətindən məlumat verilib.

Bildirilib ki, “görüş zamanı qazandığı nailiyyətlər münasibətilə gənc şahmatçını təbrik edən Bəxtiyar Məmmədov, onun ölkəmizi beynəlxalq turnirlərdə uğurla təmsil etməsini yüksək qiymətləndirib. Bildirilib ki, Yasin Əzimovun uğurları təkcə zəhmətin deyil, eyni zamanda ailəsinin və onu yetişdirən müəllim-məşqçilərin birgə səylərinin nəticəsidir. Vurğulanıb ki, Yasin Əzimov 11 yaşında FIDE-nin Candidate Master titulunu qazanaraq muxtar respublikada bu ada layiq görülən ən gənc şahmatçılardan biri olub.Onun hazırda FIDE reytinqi 2097-dir və mütəmadi olaraq beynəlxalq yarışlarda iştirak etməklə bu göstəricini yüksəltməkdədir. İstedadlı şahmatçı 2023-cü ildə Albaniyanın Durres şəhərindəkeçirilən məktəblilərin şahmat üzrə Avropa çempionatında 1-ci yerə layiq görülüb. Eyni zamanda, Türkiyənin bir sıra şəhərlərində keçirilən beynəlxalq turnirlərdə də uğurlar qazanıb”.

Məlumata görə, görüşdə Yasin Əzimovun gələcək hədəfləri barədə də fikir mübadiləsi aparılıb. Gənc şahmatçıya qarşıdan gələn Malatya və Bitlis beynəlxalq turnirlərində uğurlar arzulanıb.

Sonda Yasin ƏzimovaAli Məclis sədrinin birinci müavini, Azərbaycan Şahmat Federasiyasının vitse-prezidenti Bəxtiyar Məmmədov tərəfindən hədiyyə təqdim olunub.

Mission News Theme by Compete Themes.