Press "Enter" to skip to content

Mercaninin şah əsəri yenidən işıq üzü görüb

BAYRAQDAR MEDİA – “Usul-i Cədid” hərəkatının ilk öncüllərindən, İsmayıl bəy Qaspıralının fikri qaynaqlarından biri olan Qazan Tatarı maarifçi və din xadimi Şehabəddin Mercaninin qələmə aldığı “Müstəfadu’l-Əxbar fi Əhvali Qazan və Bolğar” əsəri, “Bolqarların, Tatarların və Qıpçaqların Tarixi” adı ilə iyulun 25-də Post Nəşriyyatı tərəfindən yenidən nəşr olunub.

Bu barədə Kırım Haber Ajansı məlumat yayıb.

Məlumata görə əsər artıq Post nəşriyyatının rəsmi internet saytında satışa çıxarılıb. Nəşriyyatın paylaşdığı elanda bildirilir:“Əlinizdəki əsər, bolqarlardan, tatarlardan və qıpçaqlardan əlavə digər türk xalqları və slavyanları da əhatəli şəkildə tədqiq edir. Dönəmin mədəni həyatını, gündəlik yaşamını, təhsil tarixini, dini həyatını, ruslarla türklərin Türküstan (Orta Asiya) üzərindəki hakimiyyət mübarizələrini anlamaq baxımından oxuna biləcək ən qiymətli mənbələrdən biridir.”

Mission News Theme by Compete Themes.