BAYRAQDAR MEDİA – Azərbaycan Futbol Federasiyaları Assosiyasiyasının (AFFA) Yarışların Təşkili Departamentinin əməkdaşları ilə liqaların 2025/2026-cı illər mövsümündə Bakı və Abşeron zonası üzrə iştirak edəcək komandaların nümayəndələri arasında görüş keçirilib.
Bu haqda xəbər BAYRAQDAR MEDİA-ya AFFA-dan daxil olub.
Xəbərdə bildirilir ki, “AFFA-nın inzibati binasında keçirilən görüşdə liqalarda növbəti mövsümə dair fikir mübadiləsi aparılıb, təkliflər müzakirə olunub. Klublar tərəfindən təqdim olunan təkliflərin nəzərdən keçiriləcəyi, məqsədəuyğun hesab edilənlərin növbəti mövsüm tətbiqi məsələsinə baxılacağı bildirilib”.





