Press "Enter" to skip to content

Bakıda cüdo məşqçiliyi üzrə sertifikat proqramı

Bakıda cüdo məşqçiliyi üzrə sertifikat proqramı

BAYRAQDAR MEDİA – Avqustun 11-də Bakıda Beynəlxalq Cüdo Federasiyası (BCF) Akademiyasının cüdo məşqçiliyi üzrə sertifikat proqramına başlanılıb.

Bu haqda xəbər BAYRAQDAR MEDİA-ya Azərbaycan Cüdo Federasiyasından (ACF) daxil olub.

Xəbərdə qeyd olunur ki, “ACF-in və Milli Olimpiya Komitəsinin birgə təşkilatçılığı ilə keçirilən proqrama Azərbaycanla yanaşı, Gürcüstan və Özbəkistandan olmaqla ümumilikdə 48 məşqçi qatılıb. Proqram çərçivəsində təşkil olunan seminarlar BCF Akademiyasının ekspertləri tərəfindən keçirilir. Təlimləri uğurla başa vuran iştirakçılara beynəlxalq sertifikat təqdim olunacaq”.

Mission News Theme by Compete Themes.